• cümə axşamı, 28 mart, 18:29
  • Baku Bakı 13°C

ARDNF Mərkəzi Banka 7,5 mlrd. manatadək transfert edəcək

10.01.17 22:31 805
ARDNF Mərkəzi Banka 7,5 mlrd. manatadək transfert edəcək
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il Azərbaycan Mərkəzi Bankına (AMB) 7,5 mlrd. manatadək məbləğdə transfert həyata keçirəcək. "APA-Economics”xəbər verir ki, bu, ARDNF-nin 2017-ci il büdcəsində öz əksini tapıb. Sənəd prezidentİlham Əliyevtərəfindən bu gün imzalanan fərmanla təsdiqlənib.
Büdcənin xərclər bölümündə qeyd edilib ki, transfert makroiqtisadi sabitliyin təmin olunmasına yönələcək və onun yuxarı həddi 7,5 mlrd. manat götürülüb.
Maraqlıdır ki, AMB-yə transfertlər fondun ümumi xərclərinin 51,7%-ə bərabərdir.
Qeyd edək ki, ölkə başçısı ARDNF-nin 2017-ci il büdcəsinin gəlirlərini 8 mlrd. 370 mln. 589,8 min manat, xərclərini isə 14 mlrd. 483 mln. 856 min manat məbləğində təsdiq edib.
banner

Oxşar Xəbərlər