AZE | RUS | ENG |


ARDNF Mərkəzi Banka 7,5 mlrd. manatadək transfert edəcək

ARDNF Mərkəzi Banka 7,5 mlrd. manatadək transfert edəcək
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il Azərbaycan Mərkəzi Bankına (AMB) 7,5 mlrd. manatadək məbləğdə transfert həyata keçirəcək. "APA-Economics”xəbər verir ki, bu, ARDNF-nin 2017-ci il büdcəsində öz əksini tapıb. Sənəd prezident İlham Əliyev tərəfindən bu gün imzalanan fərmanla təsdiqlənib. 
 
Büdcənin xərclər bölümündə qeyd edilib ki, transfert makroiqtisadi sabitliyin təmin olunmasına yönələcək və onun yuxarı həddi 7,5 mlrd. manat götürülüb.
 
Maraqlıdır ki, AMB-yə transfertlər fondun ümumi xərclərinin 51,7%-ə bərabərdir.
 
Qeyd edək ki, ölkə başçısı ARDNF-nin 2017-ci il büdcəsinin gəlirlərini 8 mlrd. 370 mln. 589,8 min manat, xərclərini isə 14 mlrd. 483 mln. 856 min manat məbləğində təsdiq edib.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7072
GBP 1 İngilis funt sterlinqi 2.2065
TRY 1 Türk lirəsi 0.4824
KWD 1 Küveyt dinarı 5.6202
SEK 1 İsveç kronu 0.2069
EUR 1 Avro 1.9783
CHF 1 İsveçrə frankı 1.7884
USD 1 ABŞ dolları 1.7012