Ardahan Universitetinin rektoru və nümayəndə heyəti AzTU-da olub
Azərbaycan Texniki
Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov Türkiyənin Ardahan Universitetinin
rektoru, professor Mehmet Biber və nümayəndə
heyətini qəbul edib.
Görüşdə X.Yahudov universitetin beynəlxalq
əlaqələrindən, uğurla həyata keçirilən beynəlxalq layihələrdən danışaraq
qonaqlara AzTU haqqında ətraflı məlumat
verib. Rektor AzTU-nun Türkiyənin 19 universiteti ilə sıx əməkdaşlıq etdiyini və
AzTU-da "Mövlanə Mübadilə Proqramı” üzrə müəllim-tələbə mübadiləsinin uğurla həyata
keçirildiyini bildirib.
Sonra Ardahan Universitetinin rektoru,
professor Mehmet Biber rəhbərlik etdiyi
təhsil ocağı haqqında geniş məlumat verib. Rektor Ardahan Universitetində rusdilli mühəndis
kadrların hazırlanması üçün mühüm işlər görüldüyünü vurğulayıb. Bu məqsədlə
Mehmet Biber AzTU-da inşaat mühəndisi,
kompyuter mühəndisi, mexanika mühəndisi, elektronika mühəndisi və digər
ixtisaslar üzrə təhsilin Azərbaycan dili ilə yanaşı rus dilində də tədris
olduğunu qeyd edərək birgə əməkdaşlıq niyyətində olduğunu bildirib.
Görüşdə hər iki universitet arasında
aparılan müzakirələrdən sonra "Mövlanə Mübadilə Proqramı” çərçivəsində əməkdaşlıq
müqaviləsi imzalanıb.