• şənbə, 20 Aprel, 12:18
  • Baku Bakı 23°C

Arda Turanla bağlı qərar verildi

30.01.15 08:36 1387
Arda Turanla bağlı qərar verildi
İspaniya kubokunun 1/4 finalında "Barselona"ya qarşı cavab matçında butsunu hakimə atdığı iddia edilən "Atletiko"nun futbolçusu Arda Turan cəzalandırılmayıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi türk yarımmüdafiəçini cəzalandırmaya ehtiyac duymayıb.
Görüşün hakimi Xesus Qil Manzanonun protokolunda A.Turanın qarşılaşmanın 48-ci dəqiqəsində butsunu yan xatt həkiminə yox, meydanın kənarına atdığı qeyd edib. Buna görə də qurum oyunçuya cəza tətbiq etməyib.
Xatırladaq ki, "Atletiko" - "Barselona" qarşılaşması ikincilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
banner

Oxşar Xəbərlər