• çərşənbə axşamı, 19 mart, 08:02
  • Baku Bakı 8°C

Arda Turandan Qarabağa dəstək - Petisiyaya səs verdi

08.04.16 19:58 2277
Arda Turandan Qarabağa dəstək - Petisiyaya səs verdi
İspaniyanın “Barselona” futbol klubunun və Türkiyə millisinin üzvü Arda Turan Dağlıq Qarabağ həqiqətlərinin dünyaya tanıdılması ilə bağlı Ağ evin saytında yerləşdirilən petisiyaya qoşularaq səs verib.
Bu barədə Arda Turan sosial şəbəkədəki səhifəsində bu barədə məlumat paylaşıb.
“Qardaşımız Azərbaycanın Dağlıq Qarabağ üçün başlatdığı kampaniyanı mən də imzaladım!”
Qeyd edək ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-da “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib.
banner

Oxşar Xəbərlər