• şənbə, 20 Aprel, 15:48
  • Baku Bakı 23°C

Arda Turandan braziliyalı futbolçuya Quran dərsi

21.05.14 08:23 1198
Arda Turandan braziliyalı futbolçuya Quran dərsi
Madridin "Atletiko" klubunda top qovan ulduz futbolçu Arda Turan komanda yoldaşı, brazilyalı Filip Luisə Quran öyrətməyə başlaıyb.
Bundan bir müddət əvvəl Arda ilə çox yaxın dost olduğunu və əksər hallarda birlikdə vaxt keçirdiklərini bildirən Filip türkcə öyrənməyə çalışdığını açıqlayaraq "`Salamun-aleykum" şəklindəki sözlərini videoya yazmış və sosial şəbəkədə paylaşmışdı.
"Mən Ardaya portuqalca, o isə mənə türkcə öyrədir. Arda eyni zamanda mənə Quran haqqında da öyrədir. Bu da xoşuma gəlir, çox şey öyrənirəm. Arda kimi böyük bir ürəyi olan, insaniyyətini heç vaxt itirməyən bir yoldaşım olduğu üçün fəxr edirəm. Komandadakı ən yaxın yoldaşım, mükəmməl bir insandır" - deyə Arda Turan haqqında verdiyi reportajda Filip Luis bildirib.
banner

Oxşar Xəbərlər