• çərşənbə axşamı, 23 aprel, 16:17
  • Baku Bakı 24°C

ARB: Koronavirusa yoluxan əməkdaşların vəziyyəti normaldır

06.07.20 13:37 587
ARB: Koronavirusa yoluxan əməkdaşların vəziyyəti normaldır
ARB telekanalının koronavirusa yoluxan əməkdaşlarının vəziyyəti normaldır.
Bunu Trend-ə açıqlamasında "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib.
Onun sözlərinə görə, telekanal əməkdaşları hazırda müalicələrini davam etdirirlər: "Vəziyyətləri şükür olsun yaxşıdır. Hazırda özlərini yaxşı hiss edirlər, səhhətlərində ciddi problem yoxdur".
O. İbrahimli bildirib ki, "ARB-24" kanalının Baş redaktorunun müavini Aynur Nəsirovanın da səhhətinin normaldır: "Aynur xanımla da əlaqə saxlamışıq. Şükür olsun yaxşıdır o da. İnşallah tezliklə normal həyatlarına və işlərinin başına dönərlər".
banner

Oxşar Xəbərlər