• şənbə, 20 Aprel, 13:32
  • Baku Bakı 23°C

Arazın suyu Urmiya gölünə axsa, Azərbaycan susuz qalacaq?

29.07.13 13:27 1342
Arazın suyu Urmiya gölünə axsa, Azərbaycan susuz qalacaq?
“Beynəlxalq hüquq normalarına əsasən, İran Araz çayının su ehtiyatlarının 50 faizindən istifadə etmək hüququna malikdir. Amma bu proses gələcəkdə Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərəcək”. Bu açıqlamanı APA-ya Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov verib.
O bildirib ki, qanuna görə, hər bir ölkənin ərazisindən axan transsərhəd çaylarının su ehtiyatlarının 50 faizi həmin dövlətə məxsusdur: “İran da Araz çayının öz ərazisindən keçən hissəsindən istifadə edə bilər. Çox güman ki, İranın Arazın suyunun Urmiya gölünə axıtmasına Azərbaycan dövlətinin də razılığı olub. Bu məsələ qanunla tənzimlənən məsələdir, buna heç kim müdaxilə və ya mane ola bilməz”.
Ekoloq qeyd edib ki, İran Araz çayının Urmiya gölünə axıtması nəticəsində Azərbaycanın su ehtiyatları azalacaq: “Su ehtiyatlarımızın azalması əkin sahələrinin suvarılmasında çətinliklər yaradacaq, kənd təsərrüfatı məhsullarının qiyməti qalxacaq, qıtlıq yaranacaq, məhsul bahalaşacaq. Bu prosesləri artıq gələn il müşahidə etmək olacaq”.
banner

Oxşar Xəbərlər