• cümə axşamı, 18 aprel, 22:02
  • Baku Bakı 21°C

“Araz” radiosu “Sputnik-Azərbaycan”la əməkdaşlığa dair bəyanat verdi

08.07.15 20:40 1101
“Araz” radiosu “Sputnik-Azərbaycan”la əməkdaşlığa dair bəyanat verdi
“Araz” radiosu “Sputnik-Azərbaycan” xəbər agentliyi ilə əməkdaşlığa dair rəsmi bəyanat verib. Azadinform xəbər verir ki, bəyanatda deyilir:
Son vaxtlar bəzi KİV-lərdə “Araz” radiosunun “Sputnik-Azərbaycan” xəbər agentliyi ilə əməkdaşlığına dair radiomuzun reputasiyasına zərbə vuran xəbərlərin yayılmasını nəzərə alaraq bəyan edirik ki, bütün yazılanlar həqiqətə uyğun deyil və tərəfdaşlıq prinsipləri ilə bir araya sığmır. “Araz” radiosu “Novosti-Azərbaycan” Agentliyinin təsisçisi olduğu “Sputnik-Azərbaycan”la gündəlik xəbərlərin hazırlanmasında əməkdaşlıq edir. Bu əməkdaşlıq ölkənin bir çox xəbər agentlikləri ilə də mövcuddur. Münasibətlərimiz xəbərlərin hazırlanmasında eksklüziv materiallarda “Sputnik-Azərbaycan”a istinadla kifayətlənir.
Bəzi saytlar qarşı tərəfin mövqeyini öyrənmədən Azərbaycanda yeni radio yaradılması kimi qeyri-qanuni və jurnalist etikası ilə bir araya sığmayan dezinformasiyaları tirajlayıblar. Biz bundan təəssüf hissi keçirir və həmkarlarımızı peşə prinsiplərinə riayət etməyə çağırırıq.
banner

Oxşar Xəbərlər