• çərşənbə axşamı, 16 aprel, 19:40
  • Baku Bakı 18°C

Araz Əzimov: “Ermənistan vəziyyəti dəyərləndirməlidir”

28.04.14 15:15 444
Araz Əzimov: “Ermənistan vəziyyəti dəyərləndirməlidir”
“Ermənistanda hazırkı vəziyyət ona dəlalət edir ki, onlar vəziyyəti dəyərləndirməlidir. Vəziyyət həm ölkədə, həm də ətrafında ağırlaşa bilər, asan olmadığı halda, yenə də pisləşə bilər”.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətin dəyişmədiyini bildirən nazir müavini vurğulayıb ki, “Şərq Tərəfdaşlığı” ölkələrinin sonuncu zirvə toplantısında Ermənistan prezidenti Ermənistanın təklikdə qaldığına və heç kəsin açıq dəstək vermədiyinə bir daha şahid olub.
banner

Oxşar Xəbərlər