• çərşənbə, 24 Aprel, 11:28
  • Baku Bakı 13°C

Araz Əzimov: "Bakı bəyannaməsi bizi siyasi bəyanatlardan paraktik işlərə sövq edir"

01.12.17 19:20 2893
Araz Əzimov: "Bakı bəyannaməsi bizi siyasi bəyanatlardan paraktik işlərə sövq edir"
"Biz Əfqanıstanla dostluq və qardaşlıq münasibətlərimizdən məmnunuq. Münasibətlərin tarixi əsası var və birgə səylərə əsaslanır. Bu gün ikitərəfli əsasda imzalanan sənədlər əlaqələri daha da gücləndirəcək".
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
O bildirib ki,İstanbul prosesi region ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır: "Biz həmsədrlik missiyamızı uğurla başa çatdırmışıq. Bakı bəyannaməsi əhəmiyyətli sənəddir. Bu sənəd bizi siyasi bəyanatlardan paraktik işlərə sövq edir. Biz həmsədr olaraq Əfqanıstana dəstək çərçivəsində bu ölkənin dostu olaraq qalırıq".
banner

Oxşar Xəbərlər