• cümə, 19 Aprel, 18:39
  • Baku Bakı 24°C

Araz Əlizadə Hafiz Hacıyevi sevindirdi

25.09.13 10:00 1514
Araz Əlizadə Hafiz Hacıyevi sevindirdi
Azərbaycan siyasətçilərindən həmişə aqressiv tonda danışan və radikal çıxışları ilə seçilən Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyevi rus siyasətçisi Vladimir Jirinovskiyə bənzədənlər də az deyil. Son zamanlar isə prezidentliyə namizədlərin ödənişsiz təbliğatı üçün ayrılmış efir vaxtında Hafiz Hacıyev ampuluasında ASDP sədri Araz Əlizadənin də danışdığını sezmək olur. Düzdür A. Əlizadə öz həmkarından fərqli olaraq, demək olar ki, opponentlərinin şərəf və ləyaqətini alçaldan çıxışlar etmir, amma səs tonunda müəyyən aqressiv notları müşahidə etmək elə də çətin deyil. Maraqlıdır, H. Hacıyev başqa bir siyasətçinin onun kimi danışmasına, fikir bildirməsinə necə yanaşır?
Modern.az-a açıqlamasında Hafiz Hacıyev bildirib ki, bu cür hala yalnız sevinə bilər. “Mənim fikirlərim cəmiyyətdə öz yerini tutur. Kimlərsə, o cümlədən Araz Əlizadə də mənim kimi danışmaq istəyirsə, buna da sevinmək lazımdır. Təkrar biliyin anasıdır”.
O, prezidentliyə namizəd A. Əlizadənin də başqa formada onun dediklərini təkrar etməsini normal qarşılayır. “Düşünürəm ki, bu, millətimizin maariflənməsində belə təbliğatın böyük rolu var”.
banner

Oxşar Xəbərlər