“Araz çayı son preistoriya dövründə”
14-15 may 2019-cu ildə Fransanın Lion şəhərində
Araz vadisinin qədim mədəniyyətlərinə həsr
olunmuş "Araz çayı son preistoriya dövründə
(körpü, yoxsa sərhəd)” başlıqlı beynəlxalq konfrans keçirilib. Fransa
Milli Araşdırmalar Mərkəzi və Təbriz İslam İncəsənət Universitetinin təşkilatçılığı
ilə keçirilən konfransada AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, dosent Katerine
Maro, arxeoloq Savaş Sarıaltun, Nikolas Gailhard və Marie Orange Naxçıvanın qədim
mədəniyyətləri ilə bağlı məruzələr ediblər. Məruzələrdə Naxçıvantəpədəki
arxeoloji qazıntılar, Sirabçay vadisinin abidələri, Duzdağ, obsidianların tədqiqi
ilə bağlı məlumat verilib. Konfransdakı məruzələrin tezisləri üz qabığında Naxçıvanın panoramı yer alan kitabçada nəşr olunub.