• şənbə, 20 Aprel, 01:48
  • Baku Bakı 15°C

Araqçı: Təzyiqlər İranı güzəştə getməyə məcbur etməyəcək

10.11.19 09:45 777
Araqçı: Təzyiqlər İranı güzəştə getməyə məcbur etməyəcək
Təzyiqlər İranı ABŞ-a güzəştə getməyə məcbur etməyəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İranın Xarici İşlər Nazirinin müavini Abbas Araqçı Moskvada nüvə silahının yayılmaması üzrə konfransda deyib.
A.Araqçı bildirib: "Bu, iqtisadi müharibədir, bu mənim tərifim deyil. Bu D.Trampın İrana qarşı iqtisadi müharibə başlamaq üçün dediyi sözlərdir. Bu şərtlər altında, iqtisadi müharibə şəraitində biz danışıqlar aparmırıq, təzyiqlərə qatlanmayacağıq. Hər iki tərəfin ilkin mövqeyə dönməsi üçün ilk növbədə atəşkəs olmalıdır, hər iki tərəf üçün. İran buna hazırdır".
banner

Oxşar Xəbərlər