• cümə axşamı, 02 may, 01:54
  • Baku Bakı 15°C

AQTA əməkdaşları daha 193 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib

26.07.20 15:00 719
AQTA əməkdaşları daha 193 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan Trned-ə verilən məlumata görə, Belə ki, AQTA əməkdaşları tərəfindən 25 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 37 ictimai iaşə obyekti, 156 ərzaq satışı mağazası olmaqla ümumilikdə 193 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 72-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
"Qold”, "Yaşar”, "24 saat”, "Pirəsura”, "Nur”, "Ata bala”, "Halal” marketlər, Seyidov Rəşad Rövşən oğluna, Quliyev Rəhman Surxay oğluna, Qasımov Tamerlan Süleyman oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Şabran rayonunda İsmayılova Zöhrə Əmirağa qızına, Şahkərəmova Məlahət Hüseyağa qızına, Cavadov Ramiz Abbasxan oğluna, Həsənov Nizami Həsən oğluna məxsus kafelər
Göyçay rayonunda "Mansard”, "VİP club” kafelər, Həsənov Anar İntizam oğluna, Əsgərov Elçin Elşad oğluna, Məhərrəmov Natiq Aydın oğluna, İsbatov Məhəmməd Qorxmaz oğluna məxsus kafelər, Vəliyev Fazil Tahir oğluna, Abışov Fərid Asif oğluna, Adıgözəlov Şahin İsrayil oğluna, Vəlixanov Azad Feyzulla oğluna məxsus ət satışı mağazaları
Ağsu rayonunda Lətifov Miri Lətif oğluna məxsus kafe
Şamaxı rayonunda "Anar”, "Şamaxı”, "Savalan”, "Sərin sahil”, "Bənövşə” restoranları, "Qaya”, "Göylər” kafelər, "Novruz” və "Cənnət məkan” yeməkxanaları
Neftçala rayonunda Əsədov Şahin Habil oğluna məxsus market, Məmmədov Rauf Nazim oğluna məxsus kafe
Salyan rayonunda Nəcəfov Yolçu Qurban oğluna məxsus ərzaq mağazası
Şirvan şəhərində Mütəllimov Əsgər Əsgər oğluna məxsus kafe, Əliyev Xəyal Atabala oğluna və Ağayev Elşən Zülfi oğluna məxsus marketlər
Sabirabad rayonunda Həşimov Mirasim Mirvəli oğluna məxsus ərzaq mağazası
Mingəçevir şəhərində "Ömər”, "Yusif”, "Fərhad” marketlər, Qasımov Azər Şahid oğluna, Məlikov Nizami Feruz oğluna, Əliyeva Xatirə Muxan qızına, Mürşüdova Sevinc Əşrəf qızına, Fərruxov Ramin İdris oğluna məxsus ərzaq mağazaları
Lənkəran şəhərində Axundov İlqar Əlişirvan oğluna, Abbasov Seymur Mehman oğluna, Əbilov İslam Ağakişi oğluna, Kazımov Malik Abbas oğluna məxsus ət satışı mağazaları, "Araz” və "Nicat” kafelər
Gəncə şəhərində "Davud”, "Ozan”, "Füruzə”, "Xanımın dükkanı” marketlər
Tovuz rayonunda "Bahar”, "Su səsi”, "Anar” kafelər, "Sədaqət”, "Tayfun”, "Yaşıl” və "Yaşar” marketlər
Gədəbəy rayonunda "Dönər evi”, "Şəhzadə”, "Qaya” kafelər, "Dadaş”, "Gədəbəy”, "Saratovka” ərzaq mağazaları
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
banner

Oxşar Xəbərlər