• şənbə, 20 Aprel, 02:38
  • Baku Bakı 15°C

Gürcüstanda Saakaşvilinin iqamətgahı 2,7 milyon dollara satılıb

14.12.19 13:38 650
Gürcüstanda Saakaşvilinin iqamətgahı 2,7 milyon dollara satılıb
Gürcüstan hakimiyyəti "Biznes üçün100sərmayə təklifi" layihəsi çərçivəsində keçirilən hərracda sabiq prezidentMixeil Saakaşviliyə aid olan iqamətgahı7,5milyon lariyə(2,7 milyon dollar)satıb.
"Report" xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziriNatia Turnavabildirib.
Qeyd edilir ki, iqamətgah Svaneti yüksək dağlıq regiondakı Mestiya qəsəbəsində yerləşir. İqamətgah 2011-ci ildə tikilib.
Saakaşvilinin iqamətgahdan istifadə edib-etməməyə vaxt tapıb-tapmaması məlum deyil. Çünki 2012-ci ildə onun partiyası parlament seçkilərində məğlubiyyətə uğrayıb və bundan1il sonra Saakaşvilinin prezident səlahiyyətlərinin müddəti başa çatıb.
Turnavanın sözlərinə görə, "Biznes üçün 100 sərmayə təklifi" layihəsi müvəffəqiyyətlidir. Özəlləşdirmə yüksək templə aparılır.
banner

Oxşar Xəbərlər