• cümə, 19 Aprel, 04:55
  • Baku Bakı 18°C

Aqrar sahədə əməkdaşlığın genişləndirilməsi təklif edilir

23.05.20 18:37 933
Aqrar sahədə əməkdaşlığın genişləndirilməsi təklif edilir
Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes klubunun bitkiçilik və heyvandarlıq sahəsində innovasiyalar və iki ölkə arasında bu istiqamətdə əməkdaşlığa həsr olunmuş onlayn formada növbəti iclas keçirilib.
Bu barədə "Kaspi.az” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Tədbirdə hər iki ölkənin hökumət qurumlarının və biznes sektorlarının nümayəndələri iştirak ediblər.
Onlayn iclasda aqrar sahənin Rusiya ilə əlaqələrinin prioritet istiqamətlərindən olduğunu vurğulayan Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsiRuslan Əliyevqeyd edib ki, bu baxımdan toxum, gübrə, kənd təsərrüfatı texnikası, logistika və ticarət şəbəkələri ilə iş sahələrində əməkdaşlığın genişləndirilməsi əhəmiyyət kəsb edir.
Tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat" ASC-nin nümayəndəsiHikmət Hüseynov,Rusiyanın "Şelkovo Aqroxim" şirkətinin baş direktoruSalis Karakotov, "Viktoriya Esteyt" şirkətinin nümayəndəsiVaxtanq Saqareşvili, "Kapital-PROK” ASC-nin baş direktoruSvetlana Tananova, "Rosselxozbank”ın nümayəndəsiAleksey Bolşakovvə digərləri təmsil etdikləri qurumların fəaliyyəti, aqrar sahədə biznes, innovasiyalar və s. məsələlərlə bağlı çıxış ediblər.
İclasda bitkiçilik və heyvandarlıqda innovasiyaların tətbiqi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.
banner

Oxşar Xəbərlər