• cümə axşamı, 28 mart, 19:23
  • Baku Bakı 13°C

Aprelin 10-da Gürcüstanda matəm elan edilib

09.04.21 11:45 706
Aprelin 10-da Gürcüstanda matəm elan edilib
Aprelin 10-u Gürcüstanda matəm günü elan edilib.
APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstanın Baş nazirinin imzaladığı qərara əsasən, Abxaziya bölgəsində yaşayan və Gürcüstanın nəzarətindəki əraziyə keçərkən həlak olan 4 Gürcüstan vətəndaşının xatirəsi ölkədə matəmlə anılacaq. Matəm günü ilə əlaqədar 10 aprel saat 00:00-dan 11 aprel saat 11:00-dək ölkədə dövlət bayraqları endiriləcək.
Xatırladaq ki, bu il aprelin 7-də Abxaziyadan Gürcüstanın nəzarəti altında olan əraziyə keçməyə cəhd edən 4 Gürcüstan vətəndaşı Enquri çayında boğularaq ölüb. Onların cəsədləri daha sonra xilasedicilər tərəfindən tapılıb.
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin azadlıqdan qanunsuz məhrumetmə və intihara təhrik maddələri üzrə cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər