• cümə axşamı, 28 mart, 21:56
  • Baku Bakı 13°C

Apreldə OPEC-in neft hasilatı geriləyib

15.05.19 13:07 434
Apreldə OPEC-in neft hasilatı geriləyib
Apreldə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft istehsalı azalıb.
AZƏRTACxəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft istehsalı mart ayı ilə müqayisədə 3 min barrel azalaraq gündəlik 30 milyon 31 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 30,4 faiz olub.
Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox İraq, Nigeriya və Liviya artırıb. İraqın sutkalıq hasilatı 113 min barrel çoxalaraq 4 milyon 630 min barrelə çatıb. Nigeriyada gündəlik istehsal 92 min barrel artaraq 1 milyon 819 min barrel olub. Liviyada isə neft hasilatı 71 min barrel çoxalaraq sutkada 1 milyon 176 min barrelə yüksəlib.
Apreldə kartelə üzv ölkələrdə neft istehsalı ən çox İran, Səudiyyə Ərəbistanı və Anqolada azalıb. İranın gündəlik hasilatı 164 min barrel azalaraq 2 milyon 554 min barrelə düşüb. Səudiyyə Ərəbistanında istehsal 45 min barrel geriləyərək sutkada 9 milyon 742 min barrel təşkil edib. Anqolada hasilat 41 min barrel azalaraq 1 milyon 413 min barrel təşkil edib.
Ötən ay dünyada 72 qazma qurğusu fəaliyyətini dayandırıb və ümumilikdə qurğuların sayı 2 min 298-ə geriləyib. Həmin qurğuların 577-si OPEC-ə üzv ölkələrdədir.
banner

Oxşar Xəbərlər