• şənbə, 20 Aprel, 20:37
  • Baku Bakı 24°C

Apreldə brokerlərin renkinqinə "Unicapital İnvestisiya Şirkəti" başçılıq edib

08.05.16 15:38 929
Apreldə brokerlərin renkinqinə "Unicapital İnvestisiya Şirkəti" başçılıq edib
Bakı Fond Birjasının (BFB) aprel ayı üzrə dövlət qiymətli kağızlar və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyyatlar istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi açıqlanıb.
BFB-dənAZƏRTAC-a bildiriblər ki, "Unicapital İnvestisiya Şirkəti" ASC 51,5 milyon manat əməliyyat həcmi ilə renkinqə başçılıq edib. İkinci yerdə 8,2 milyon manatla "Kapital Menecment İnvestisiya Şirkəti" ASC, üçüncü yerdə 6,9 milyon manatla "Paşa Kapital" MMC qərarlaşıb.
banner

Oxşar Xəbərlər