• cümə, 26 Aprel, 17:45
  • Baku Bakı 23°C

Aprel şəhidlərinin məktəbli övladları atalarının qəhrəmanlıqlarından yazacaqlar

11.05.18 18:54 699
Aprel şəhidlərinin məktəbli övladları atalarının qəhrəmanlıqlarından yazacaqlar
AzEdu.aztəhsil portalı Aprel şəhidlərinin məktəbli övladları arasında "Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi” mövzusu ilə bağlı yazı müsabiqəsi keçirir.
Müsabiqə təşkilatçılarının şagird, valideyn və müəllim kontingentinə olan müraciətini təqdim edirik:
Hörmətli şəhid ailələri!
Azərbaycanda fəaliyyət göstərən Azedu.az təhsil portalı Aprel şəhidlərinin məktəbli övladları arasında "Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi” mövzusu ilə bağlı yazı müsabiqəsi keçirir.
Mövzunun aktuallığına görə "Aprel 2016” Şəhid Ailələrinə dəstək İctimai Birliyi bu layihənin gerçəkləşməsində təşkilatı dəstək verir.
Çox dəyərli analar, müəllimlər!
Təqdim etdiyimiz "Mənim Atam Qəhrəmandır - O, Cümhuriyyətin əsgəri idi” mövzusunda uşaqlar öz ataları haqqında düşüncələrini, xatirələrini bölüşməli, eyni zamanda 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik yolunda atalarının qəhrəmanlığından yazmalıdırlar.
Əziz valideynlər! Sizdən çox xahiş edirik ki, uşaqların yazacaqları yazılar öz düşüncələrinin məhsulu olsun, heç bir kənar müdaxilə olmasın. Biz həmin yazıları arxivə təqdim edəcəyik. Digər xahişimiz odur ki, həmin əlyazmaları bizə göndərəsiniz. Qoy, öz ataları kimi dürüst və düzgün olsunlar. Çox xahiş edirik ki, uşaqlarınıza mövzunu yazdıranda özünüz diqtə etməyin. Onların yazdıqları 5 cümlə də ola bilər, 2 vərəq də. Kim nə qədər bacarır, hansı dildə bacarırsa, elə də yazsın. Hətta orfoqrafik səhvlər də olsa düzəltməyin. Əsas olan odur ki, uşaqlar nə düşündüklərini, necə inkişaf etdiklərini, Vətən məhəbbətlərini və Ata sevgilərini duydursunlar.
Onların yazdıqları məktub-inşalar AzEdu.az saytı vasitəsilə Azərbaycan cəmiyyətinə, tərcümə edilərək bütün dünyaya çatdırılacaq. Yazı ilə bərabər uşağınızın şəklini də bizə göndərməyi xahiş edirik. Ümid edirəm ki, Sizə məramınızı anlada bildim. Hər hansı bir sual yaranarsa bizə zəng vurun. Yazılar 20 may 2018-ci ilə qədər qəbul ediləcək.
banner

Oxşar Xəbərlər