• şənbə, 20 Aprel, 13:13
  • Baku Bakı 23°C

Aprel döyüşlərində 17 məcburi köçkün şəhid olub

01.07.16 17:17 1148
Aprel döyüşlərində 17 məcburi köçkün şəhid olub
Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın müraciəti əsasında onunla görüşüb.Lent.az-ın məlumatına görə, Robert Sekuta aprel hadisələrindən sonra Yevlax, Bərdə, Goranboy və Tərtər rayonlarına səfər etdiyini, orada məskunlaşan məcburi köçkünlərlə görüşdüyünü, insanların öz doğma torpaqlarına qayıtmağın şahidi olduğunun, Bərdə rayonu Yenidaşkənd ərazisində həyata keçirilən su təchizatı layihəsi ilə maraqlandığını bildirmiş və təmas xəttində baş verən son hadisələrin yenidən təkrarlanmaması üçün öz səylərini gücləndirdiklrini diqqətə çatdırıb.

Aprel ayında baş vermiş hadisələrindən sonra Füzuli, Ağdam və Tərtər rayonlarına səfəri haqqında məlumat verən Baş nazirin müavini diqqətə çatdırıb ki, ermənilərin Ağdam, Tərtər və Ağcabədi rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması nəticəsində 17 nəfər məcburi köçkün şəhid olub, ümumilikdə götürdükdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Lakin bütün bunlara baxmayaraq yerli əhali kimi məcburi köçkünlər də ordumuzun gücünə inanaraq doğma yerlərində yaşamaqda davam edir. Ermənilərin təxribatçı hücumları nəticəsində zərərçəkmiş bütün evlər Azərbaycan prezidentinin tapşırığı ilə əvvəlkindən də yaxşı səviyyədə bərpa edilir və bütün bu işlər qısa müddətdə başa çatdırılacaq. Bundan başqa məcburi köçkünlərə dəymiş maddi ziyan hamısı hesablanıbdır. Onların hər birinə bankda hesab açılıb və bu vəsait onların şəxsi hesabına köçürülüb.

"Ermənilər dərk etməlidirlər ki, sülhə gəlməkdən başqa yol yoxdur" deyən Ə. Həsənov qeyd edib ki, bunu erməni xalqı bilir, ancaq hakimiyyətdə olan faşist rejimi bunu istəmir, çünki onlar bu problemin üstündə hakimiyyətə gəliblər: "Bəzən ATƏT-in Minsk Qurupunun həmsədirləri deyirlər ki, bu xalqların yenidən qonşuluqda yaşamaları üçün qarşılıqlı etimad lazımdır. Ancaq onlar bilməlidilər ki, bu xalqlar 200 il qonşuluqda yaşayıblar və bundan sonra da yaşamalıdır. ATƏT-in Minsk Qurupu xalqlar arasında sorğu aparsalar onda onlar reallığı görərlər. Burada zərər çəkən xalqdır. Ancaq xalq qalıb kənarda. Erməni xalqı da bu problemin həll olunmasını çoxdan istəyir. Heç olmasa bu ölkənin faşist prezidenti öz xalqını fikirləşsin. 20 ildir Sarkisyan öz xalqına nə verib? Hər dəfə daxildə gərginlik yarananda Sarkisyan rejimi atəşkəsi pozur və xalqın fikrini yayındırır".
banner

Oxşar Xəbərlər