AZE | RUS | ENG |

"Aprel döyüşləri sadəcə Ermənistana deyil, bütün dünyaya mesaj idi"

Qarşıdan aprel döyüşlərinin növbəti ildönümü gəlir. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə aprel döyüşlərinin önəmini, bu döyüşlərin tarixi əhəmiyyətini şərh etməyə çalışdıq.
- Cəlil müəllim, bu il 2016-cı ilin aprel döyüşlərinin üçüncü ildönümü tamam olur. Peşəkar hərbçi kimi bu döyüşlərin əhəmiyyətini necə qiymətləndirirsiniz? Sizcə bu döyüşlər Azərbaycan və Ermənistan ordularının güc nisbəti baxımından hansı həqiqətləri ortaya çıxardı?
- Aprel döyüşlərinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Erməni separatçıları uzun illər ərzində ordumuz haqqında mənfi fikir formalaşdırmağa cəhd ediblər. Ermənistan bəyan edirdi ki, Azərbaycan ordusu zəifdir, onun gücü yoxdur və s. Aprel döyüşləri isə sübut etdi ki, Azərbaycan güclü orduya, yüksək psixloji duruma və döyüş hazırlığına malikdir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu hər an işğaldakı torpaqları azad etmək qüdrətinə malikdir.
Aprel qələbəsinin digər baxımdan da mühüm nəticələri oldu. Bu, Azərbaycan ordusunun gücünü nümayiş etdirməklə yanaşı, xalqın orduya olan inamını da artırdı. Xalq bir daha əmin oldu ki, Azərbaycan ordusunda aparılan islahatlar, ordunun möhkəmləndirilməsi, güclənməsi istiqamətində görülən işlər mühüm əhəmiyyətə malikdir və bu işlər öz real səmərəsini verir.
Bu gün aprel döyüşləri nəticəsində işğaldan azad edilən ərazilərdə, Cocuq Mərcanlı kəndində Novruz bayramına hazırlıq gedir. İnsanlar yenidən Novruz sevincini öz doğma torpaqlarında böyük sevinc hissi ilə qeyd edirlər. Bütün bunlara görə biz Azərbaycan ordusuna minnətdar olmalıyıq.
- Sizcə, ermənilər aprel döyüşlərindən lazımi nəticə çıxardımı? Rəsmi İrəvanın addımlarında aprel döyüşlərinin "izini” müşahidə etmək mümkündürmü?
- Əfsuslar olsun ki, ermənilər aprel döyüşlərindən lazımi nəticə çıxarmayıb. İrəvan problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirsə də, problemin həlli istiqamətində real addımlar atmaq istəmir. Həmişə əməli addım atmaq məqamı yetişəndə qeyri-konstruktiv mövqe nümayiş etdirir, əsassız iddialar səsləndirir. Bununla da danışıqlar prosesini pozmağa cəhd göstərirlər. Məhz Ermənistanın bu ikili siyasəti nəticəsində problemin həllinə nail ola bilməmişik.
- Sizcə, aprel döyüşlərindən beynəlxalq ictiamiyyət və beynəlxalq təşkilatların da çıxartmalı olduğu hansısa nəticə varmı?
- Beynəlxalq təşkilatlar da aprel döyüşlərindən nəticə çxıarmalıdır. Anlamalıdırllar ki, əgər Qarabağ problemi beynəlxalq hüquqi normativ aktrara uyğun olaraq həll edilməsə, o zaman Azərbaycan hərbi yola işğaldakı əraziləri azad etməyə məcbur olacaq. Problemin müharibə yolu ilə həlli ehtimalını ortadan qalıdırmaq üçün beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistana həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidə təzyiq göstərməlidir.
- Cəlil müəllim, Qarabağ münaqişəsinin həll edilməmiş vəziyyətdə qalması, sizcə, sadəcə Azərbaycan üşün narahatlıq kəsb edir, yoxa bu, həm də Qafqaz regionu və dolayısı ilə dünya üçün təhlükəlidir?
- Bu münaqişə yalnız Azərbaycan üçün təhlükə deyil. Bu, həm də Qafqaz regionu üçün təhlükədir. Ermənistan işğal edilmiş ərazilərdə terroristlər hazırlayır. Narkotik plantasiyalar salırlar. Beynəlxalq axtarışa verilən dünya miqyaslı bir çox cinayətkar da bu ərazidə yerləşdirilir. Suriyadan, digər ölkələrdən müəyyən qüvvələr orda yerləşdirilir.
Ermənilər işğaldakı ərazilərdə böyük vəhşiliklər törədib. Məscidləri, tarixi abidələri dağıdıb. Azərbaycan ordusu aprel döyüşləri ilə düşmənə mesaj verdi. Onları öz əsasız iddialarından, işğal siyasətindən əl çəkməyə çağırdı. Və onları başa saldı ki, bu siyasət onların özü üçün faciəvi sonluqla nəticələnəcək.
- Sizcə, dünya ictimaiyyəti, aparıcı dövlətlər ermənilərin işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar haqqında yetərincə məlumatlıdırmı? Dünya birliyi bu məsələdə yetərincə qətiyyət sərgiləyərsə, Ermənistan işğalçılıq siaysətindən imtina edə bilərmi?
- Təbii ki, dünya ictimaiyyəti, qabaqcıl dövlətlər erməni vəhşiliyindən, onların işğalçılıq siyasətindən, bu siyasətin qorxunc nəticəsindən xəbərdardılar. Xocalı soyqırımını dünyanın bir çox ölkəsi tanıyır. Bütün dünya erməni vəhşiliyindən xəbərdardır. Odur ki, bunlara istiandə edərək Ermənistana hər cür təzyiq göstərə bilərlər. Onlar erməniləri məcbur edə bilərlər ki, işğladakı əraziləri tərk etsin. Hətta onlara Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını etiraf etməyə də vadar edə bilərlər. Ermənistan iqtisadi blokadadadır. Lakin buna baxmayaraq, xarici ölkələrdən aldıqları ianələri də silahlanmaya sərf edir. Halbuki öz vətəndaşalrının bu pula çox böyük ehtiyacı var. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Bu isə o deməkdir ki, proseslər bu şəkildə davam edərsə, Qarabağ məsələsində son sözü yenə də Azərbaycan ordusu deyəcək.
- Cəlil müəllim, son vaxtlar bəzi şəxslər xaricdə oturub Azərbaycan ordusu, Müdafiə Nazirliyi, onun müxtəlif strukturları haqqında böhtan xarakterli fikirlər səsləndirməkdədir. İddia edirlər ki, guya orduda rüşvətxorluq, intizamsızlıq mövcuddur, mənəvi-psixoloji durum qeyrei-qənaətbəxşdir və s. Sizcə Azərbaycan ordusunun bu şəkildə hədəf allınmasına səbəb nədir?
- Bu fikirlər insanları çaşdıqmağa, xalqın orduya olan inamımı zəiflətməyə hesablanıb. Azərbaycan ordusu öz sözünü deyən ordudur. Azərbaycan ordusunun qapıları Azərbaycan ictimaiyyətinin üzünə açıqdır. Azərbaycan vətəndaşı ordu, ordudakı vəziyyət barədə hər an informasiya almaq imkanına malikdir. Tez-tez "açıq qapı”lar keçirirlər. Valideynlərlə əsgərlərin, komandirlərin görüşləri olur. Əgər hər hansı bir vətəndaş nədənsə narazıdırsa, nəyisə nöqsan hesab edirsə, bu nöqsanın aradan qaldırılmasını tələb edə bilər. Lakin ordudan xəbəri, məlumatı olmayan insanların ordunu müzakirə etməsi doğru deyil. Onlar düşməni sevindirən mənfi xarakterli, əsassız məlumatlar yaymaqla ordumuzun imicinə ziyan vururlar.
Orduya, onun imicinə ziyan vurmaq olmaz. Ordumuzun döyüş hazırlığına, onun qələbə ruhuna sevinmək lazımdır. Onun güclənməsi üçün hər bir Azərbaycan vətəndaşı əlindən gələni etməlidir.
Bu düşmən dəyirmanına su tökməkdir. Əgər həqiqətən də orduda hər hansı nöqsan varsa, bu ordunun rəhbərliyi, komandanlığı mövcuddur və həmin şəxslər bu nöqsan barəsində ordunun rəhbərliyinə müraciət edə bilər. Bu məlumatları dəqiqləşdirmək əvəzinə bu informasiyaları ictimaiyyiləşdirmək yanlışdır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311