• çərşənbə, 24 Aprel, 18:14
  • Baku Bakı 23°C

“Apple” Məhəmməd Əlini unutmadı

06.06.16 14:23 1477
“Apple” Məhəmməd Əlini unutmadı
"Apple” şirkəti 74 yaşında vəfat edən əfsanəvi boksçu, üçqat dünya çempionu Məhəmməd Əlinin xatirəsini yad edib.
İKT.lent.az-ın "macdigger.ru” saytına istinadən məlumatına görə, "iPhone” istehsalçısı özünün rəsmi saytının baş səhifəsində boksçunun ömrünün 1942-2016-cı illərini əhatə edən şəkillərini yerləşdirib.
Şirkət idmançının tanınmış "Təxəyyülü olmayan insanın qanadları olmaz” kəlməsini də dərc edib.
Xatırladaq ki, amerikalı boksçu Məhəmməd Əli iyunun 2-də tənəffüs orqanlarında yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilib və iyunun 4-də vəfat edib. O, son 32 ildə Parkinson xəstəliyindən əziyyət çəkib.
banner

Oxşar Xəbərlər