• cümə axşamı, 28 mart, 14:27
  • Baku Bakı 16°C

“Apple”-ın gözlənilən kitabı

28.11.16 12:23 1630
“Apple”-ın gözlənilən kitabı
Dünya elektronika nəhəngi "Apple” 20 illik dizayn və inkişaf yolundan bəhs edən kitabını təqdim edib. "Apple” məhsullarının dizayn və təqdimat formalarının inkişaf yolundan bəhs edən kitab yəqin ki, öz sahəsinin ən bahalı nümunəsidir. "Guardian”da yer almış xəbərə görə, bütün elektron satış mərkəzlərinə və mağazalara birmənalı şəkildə standart qiymətlə qoyulan kitabı 299 dollara əldə etmək mümkündür.
İstər məhkəmə işləri, istər korrupsiya və şantaj xəbərləri ilə zaman-zaman gündəmi zəbt etsə də, "Apple” şirkətinin məhsulları qeyri-ənənəvi dizaynları ilə həmişə böyük maraq toplayıb və bəyənilib. Hər bir məhsulun dizayn və formasına da ən azı istifadəyə yararlılığı və dözümlülüyü qədər əhəmiyyət verən şirkət ötən 20 ildə necə bir yol qət etdiklərinin tarixçəsini həm oxucuları ilə paylaşmaq, həm də elektronika-texnologiya ədəbiyyatına töhfə vermək üçün bu kitabda toplayıb.
Kitabda yer almış dizayn mərhələlərini və "Apple” məhsullarının şəkillərini məşhur rejissor Andreu Zukerman çəkib. "Apple tərəfindən dizayn edilmiş” ("Designed by Apple”) adlı kitab iki fərqli üzlükdə satışa çıxarılıb. 10,20x12,75 ölçüsündə olan kitab 199 dollardan, 13x16,25 ölçüsündə olan kitab isə 299 dollardan oxucuların ixtiyarına verilib. 450 fotonun yer aldığı kitab noyabrın ayının 22-dən ABŞ, BK, Avstraliya, Fransa, Almanya, Honq Konq, Yaponiya, Koreya və Tayvandakı "Apple” mərkəzlərindəki rəflərdə yer alıb.
banner

Oxşar Xəbərlər