AZE | RUS | ENG |

Aparılan islahatların məntiqi davamı

Aparılan islahatların məntiqi davamı
Ölkəmizdə mədəniyyət siyasətinin daha effektiv şəkildə həyata keçirilməsi üçün bütün zəruri tədbirlər görüləcəkdir

Prezident İlham Əliyev yanvarın 15-də "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərman son illər ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə dövlət idarəçiliyində aparılan genişmiqyaslı struktur islahatlarının, bütün sahələr üzrə optimal, çevik və səmərəli idarəetmənin təmin edilməsi istiqamətində həyata keçirilən siyasətin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.
Nazirliyin sözçüsü bildirib ki, dövlət başçısının 2014-cü il fevralın 14-də imzalanmış Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na uyğun olaraq mədəniyyət sahəsində səmərəli idarəetmə sisteminin formalaşdırılması məqsədilə bu sahədə də bir sıra vacib qərarlar qəbul edilib. O cümlədən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il martın 29-da imzaladığı Sərəncamına uyğun olaraq 2017-ci ildən nazirliyin Bakı şəhəri üzrə baş idarəsi və 15 regional idarəsi fəaliyyətə başlayıb, ölkə başçısının "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il iyunun 6-da imzaladığı Fərmanına uyğun olaraq Mədəniyyət Nazirliyinin strukturu yenidən formalaşdırılıb.
"Qəbul edilən bu qərarlar ölkəmizdə mədəniyyət siyasətinin daha effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, müasir yanaşma, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi və dövrün tələbələrinə uyğun təşkili, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, büdcə vəsaitlərinin qənaətlə və daha səmərəli istifadəsini təmin etmək məqsədi daşıyır. Ölkə başçısının yanvarın 15-də imzaladığı Fərmanı dövrün və zamanın tələblərinə cavab verən effektli mədəniyyət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərin, aparılan islahatların məntiqi davamıdır”,- deyə Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri bildirib.
İntiqam Hümbətov deyib ki, Fərmanda beynəlxalq təcrübə, informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması, dövlət mülkiyyətində olan muzeylərin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili, nazirliyin tabeliyindəki musiqi məktəblərinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili, mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm məsələlər əksini tapıb. Qeyd olunan məsələlərin həlli ilə bağlı Fərmanla yaradılan komissiyaya, o cümlədən Mədəniyyət Nazirliyinə müvafiq tapşırıqlar verilib. Mədəniyyət Nazirliyi tərəfindən Fərmandan irəli gələn məsələlərin həlli, qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı bütün zəruri tədbirlər görüləcəkdir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916