• çərşənbə axşamı, 19 mart, 15:32
  • Baku Bakı 8°C

"Aparılan islahatlar yalnız müxalif deyil, mafioz qüvvələri də narahat edir"

19.02.19 14:52 506
"Aparılan islahatlar yalnız müxalif deyil, mafioz qüvvələri də narahat edir"
Bəzi müxalifyönlü qüvvələr ölkədə aparılan işlərə kölgə salmağa çalışırlar. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Millət vəkili müxalifyönlü insanların aktivləşdiyini bildirib: "Görünür, Qərbdən bəzi şəxslərin cibləri açılır, bundan da ilhamlanan insanlar ölkədəki sabitliyi başqa cür yozmaq istəyirlər. Son dövrlər ölkə Prezidentinin tapşırığı ilə müxtəlif qurumlarda islahatlar həyata keçirilib. Bu islahatlar yalnız müxalif qüvvələri deyil, mafioz qüvvələri də narahat edir. Son günlər Qida Təhlükəsizliyi Agentliyi və onun sədri Qoşqar Təhməzli ilə bağlı gedən yazıları araşdırsaq, görərik ki, bunun arxasında "leş mafiyası” dayanır. Həmin mafiya uzun illər yararsız və keyfiyyətsiz məhsulları vətəndaşlarımıza sırımaqla məşğul olub”.
Ç.Qənizadə həmçinin bildirib ki, islahatların tərkib hissəsi olaraq banklarda vətəndaşlara veriləcək kreditlərin faiz dərəcələrinə diqqət etmək lazımdır, faiz dərəcələri aşağı salınmalıdır:
"Bu faizlərlə kredit götürən şəxs sonra çətinliklə üzləşir, kreditlərin qaytarılmasında problemlər yaranır”.
banner

Oxşar Xəbərlər