AZE | RUS | ENG |


Aparıcı İlqar Mikayıloğlunu ilan sancıb

Aparıcı İlqar Mikayıloğlunu ilan sancıb
Teleaparıcı İlqar Mikayıloğlunu ilan sancıb.
 
Aparıcının həyat yoldaşı Zülfiyyə Bayramova APA-ya bildirib ki, hadisə Füzulirayonunun Haramı qəsəbəsində, "İlqarla bir gün” ekstrim verilişinin çəkilişi zamanı baş verib.
 
Onun sözlərinə görə, ilan  İ. Mikayıloğlunu baldır nahiyəsindən sancıb: "Hadisədən dərhal sonra İlqara ilan zəhərinə qarşı zərdab vurulub. Elə ilkin tibbi yardım da çəkiliş üçün ayrılmış təcili tibbi yardım maşınında göstərilib. Həmin vaxt İlqarın vəziyyəti elə də təhlükəli deyildi. Həkimlər dedi ki, ola bilsin, bundan sonra vəziyyəti bir qədər ağırlaşsın”.
 
Z. Bayramova qeyd edib ki, İ. Mikayıloğlu təcili tibbi yardım maşını ilə Bakıya gətirilir: "Biz ilanın növünü, zəhərli olub-olmadığını bilmədiyimiz üçün İlqarı Bakıya gətiririk. Hazırda Beyləqan ərazisindəyik”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2597
TRY 1 Türk lirəsi 0.4327
KWD 1 Küveyt dinarı 5.6324
SEK 1 İsveç kronu 0.2049
EUR 1 Avro 2.0152
CHF 1 İsveçrə frankı 1.7317
USD 1 ABŞ dolları 1.7001