• cümə axşamı, 25 aprel, 03:56
  • Baku Bakı 19°C

APA Con Kerri ilə bağlı araşdırmaya aydınlıq gətirdi

30.04.15 07:54 918
APA Con Kerri ilə bağlı araşdırmaya aydınlıq gətirdi
“APA Holding” MMC-nin rəhbəri Vüsalə Mahirqızı APA İnformasiya Agentliyində yayımlanmış “Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası” sərlövhəli araşdırmanın hazırlanması zamanı istinad olunmuş sənədləri nümayiş etdirib.
APA-nın məlumatına görə, V. Mahirqızı bildirib ki, araşdırma yazı müvafiq sənədlər əsasında hazırlanıb: “Ancaq təəssüf edirəm ki, həmin yazıda adı çəkilən bəzi qeyri-hökumət təşkilatı rəhbərləri və ekspertlər yazıya şübhə ilə yanaşdılar. Dünən ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında da yazı ilə bağlı qeyri-korrekt ifadələr yer alıb. Ona görə biz redaksiya olaraq qərara gəldik ki, sənədləri nümayiş etdirək. Yazı 4 sənəd əsasında hazırlanıb. Bunlar "Avropa təşkilatlarının insan haqları naminə idman layihəsi", "2015-ci il yanvarın 15-16-da insan hüquqları təşkilatının Varşava görüşündə qəbul olunmuş sənəd", "Azərbaycanda əlamətdar günlər, beynəlxalq tədbirlər və yüksək vəzifəli şəxslərin səfər təqvimi" və "NED-in həyata keçirdiyi kampaniyanın layihəsi"dir".
V. Mahirqızı deyib ki, APA fəaliyyəti dövründə heç vaxt fakta əsaslanmayan yazı hazırlamayıb: "Bu dəfə də istisna deyil. Biz bir daha sübut etdik ki, fakt, sənəd olmadan yazı yazmırıq".
banner

Oxşar Xəbərlər