• cümə, 19 Aprel, 21:19
  • Baku Bakı 24°C

Çap məhsullarının üzərindən əlavə dəyər vergisinin götürülməsi təklif edilir

12.02.19 15:23 519
Çap məhsullarının üzərindən əlavə dəyər vergisinin götürülməsi təklif edilir
Azərbaycanda çap məhsullarının, kitab və jurnalların üzərindən əlavə dəyər vergisinin götürülməsi təklif edilir.
Trend-in məlumatına görə, bu təkliflə Milli Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.
O qeyd edib ki, Azərbaycanda kitabların, əsasən də kənardan gətirilənlərin qiyməti çox bahadır:
"Məlumatlara görə, hazırda ölkəyə il ərzində 200 minə yaxın kitab gətirilir. Qiymətlərə gəldikdə isə kitab Azərbaycana gətirilərkən 7 faiz gömrük, 18 faiz əlavə dəyər vergisi tutulur. Həmçinin satış zamanı gəlir əldə etmək üçün təqribən 20 faiz də əlavə olunur. Bundan başqa satış mərkəzləri müvafiq dövlət qurumlarına hesabat verərkən yenidən 18 faiz vergi ödəməli olurlar. Bunlar ümumilikdə 63 faiz edir. Bundan sonra təsəvvür edin ki, oxucu kitabı əldə etmək üçün nə qədər pul xərcləməlidir”.
Ə.Amaşov vurğulayıb ki, bəzi ölkələrdə çap məhsulları bütün növ vergilərdən azaddır: "Bütün çap məhsulları, kitab və jurnalların üzərindən əlavə dəyər vergisini götürək”.
banner

Oxşar Xəbərlər