Antonio Reguera: “Azərbaycan düşündüyümdən qat-qat yüksək dərəcədə inkişaf etmiş ölkədir”
Diaspor Jurnalistləri Birliyinin "Azərbaycanın əcnəbi
dostları" layihəsi çərçivəsində beynəlxalq aləmdə yüksək nüfuza malik olan
Antonio Reguera ilə müsahibəni təqdim edirik. Tanınmış "R&M
Lubrication" kampaniyasının rəhbəri olan Antonio Reguera İspaniya, xüsusən
də Latın Amerikası ölkələrində böyük biznes şəbəklərinə sahibdir. Nəzərə
çatdıraq ki, ispan əsilli Antonio Reguera, həmçinin dünyanınən reytinqliovçularının siyahında yer
alır. Sevindirici haldır ki,
Antonio Reguera həmyerlimiz, 80-dan çox ölkədə ov edən peşəkar ovçu Faiq
Babanlının yaxın dostudur. Elə məhz Faiq Babanlının dəvəti ilə Antonio Reguera
Azərbaycana gəlib.
- Azərbaycana ilk dəfədirmi gəlirsiz?
- Xeyir. Mən 5 il əvvəl Azərbaycanda ilk dəfə olmuşam. Artıq ikinci gəlişimdir.
Bu 5 il ərzində Azərbaycan çox inkişaf edib. Bakının görünüşü tamamilə dəyişib.
Hündür, müasir binalar Bakını Avropa şəhərlərinə oxşadır.
Eşitdiyimə görə, Azərbaycanda Novruz bayramı ərəfəsidir. Fürsətdən
istifadə edib Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm.
- Azərbaycanı kimin vasitəsilə
tanıyıbsız?
- Mənim Azərbaycanla əlaqələrimin yaranmasına səbəb peşəkar ovçu Faiq
Babanlıdır. Biz onunla Boliviyada tanış olmuşuq.Mən Azərbaycan haqqında ilk dəfə
ondan eşitmişəm. Azərbaycanı mənə tanıdan və sevdirən də odur.
Düzü, mən fikirləşrdim ki, Azərbaycan zəif inkişaf etmiş ölkədir. Amma
bura gələndən sonra düşüncələrim tamam dəyişdi. Azərbaycan düşündüyümdən
qat-qat yüksək dərəcədə inkişaf etmiş ölkədir. Azərbaycanda əcnəbilərə əməkdaşlıq
üçün yaradılan imkanlar məni bura daha da cəlb edir.
- Azərbaycanda sizə maraqlı olan nədir?
- Mənim bir çox ölkələrdə dostlarım var. O cümlədən Azərbaycanda da Faiq
Babanlı, Asif İlyasov kimi dostlara sahibəm. Mən dostlarımı necə sevirəmsə,
onların ölklərini də o cür sevirəm. Sizin ölkədə əməkdaşlıq, biznes əlaqələrinin
qurulmasl üçün geniş imkanlar var. Bu üzdən biz də
"R&M Lubrication" kompaniyasının Azərbaycanda nümayəndəliyini
açmağı planlayırıq. Bu, bizim Qafqazda və MDB ölkələrində ilk ofisimiz olacaq.
Biz bir çox ölkədə biznes şəbəkəmizi qurmuşuq. Ayrıca beynəlxalq sularda üzən gəmilərimiz
var. Azərbaycana isə texnika və neft yağları ilə bağlı təkliflər verəcəyik.
Bunlardan yararlandıqda məsrəflər xeyli dərəcədə azalır. Ümid edirəm ki, bizim
kompaniyanın məhsulları aidiyyəti qurumlar tərəfindən bəyəniləcək.
- Bilirik ki, siz həm də ov həvəskarısız. Azərbaycanda ov edibsizmi?
-Ovçuluq mənim üçün
hobbidir. Mən saysız ölkədə ov etmişəm. Elə Azərbaycana da ilk dəfə ov üçün gəlmişdim.
Onu da deyim ki, Azərbaycanda ovçuluq turizimi üçün unikal şərait var. Burada
ovçuluq turizimini peşəkar səviyyədə inkişaf etdirmək olar. Əslində, ovçuluq
bir imicdir. Dünyanın tanınmış simlarının Azərbaycana gəlməsi üçün ovçuluq
turizimini inkişaf etdirmək əhəmiyyətlidir.