AZE | RUS | ENG |


Anton Çexovun hansı səbəbdən öldüyü məlum olub

Anton Çexovun hansı səbəbdən öldüyü məlum olub
Rus yazıçı və dramaturqu Anton Çexovun (1860-1904) ölümünə bilavasitə beyninə qan sızması səbəb olub.

"Report” "The Times" nəşrinə istinadən xəbər verir ki, bu qənaətə İngiltərənin Noric şəhərində yerləşən Kuodrem Biologiya Elmləri İnstitutunun tədqiqatçılar qrupu gəlib.

Tədqiqatçılar dramaturqun imzaladığı açıqcalar, onun yazıları və ölüm anında əynində olan alt paltarındakı qan ləkəsindən götürülmüş nümunələrin kimyəvi tərkibini öyrəniblər.

Qəzet yazır ki, nümunələrdə vərəm mikrobakteriyalarının mövcudluğunu göstərən zülallarla yanaşı, damarların tıxanmasına və beyinə qan sızmasına gətirib çıxaran trombun meydana gəlməsini təşviq edən zülali maddələr aşkar olunub.

Çexovun bioqrafları əvvəllər yazarın ürək tutmasıdan öldüyünü güman edirdilər.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6703
GBP 1 İngilis funt sterlinqi 2.3571
TRY 1 Türk lirəsi 0.4447
KWD 1 Küveyt dinarı 5.6549
SEK 1 İsveç kronu 0.2113
EUR 1 Avro 2.0780
CHF 1 İsveçrə frankı 1.7651
USD 1 ABŞ dolları 1.7001