• cümə, 26 Aprel, 20:12
  • Baku Bakı 22°C

Antiviruslar kompyuteri qorumur

16.07.16 18:59 945
Antiviruslar kompyuteri qorumur
Kibertəhlükəsizlk sahəsi üzrə mütəxəssislər hazırkı antivirus proqramlarının məlumatların saxlanılması və fərdi kompyuterin qorunması üçün zəmanət verməməsinə əmindirlər. Bundan başqa, belə proqramların bir neçə növü hətta virusun fərdi kompyuterə düşməsinə yardımçı olur.
AZƏRTAC"ictnews.az” saytına istinadla xəbər verir ki, bu yaxınlarda "Symantec” şirkətinin ciddi tənqid edilən proqram təminatı sınaqdan keçirilib. Belə ki, antivirusun tam versiyasının alınmasına sistemin tam skan edilməsinə, bütün modulların aktivləşdirilməsinə və proqram statistikasının tam mühafizəni göstərməsinə baxmayaraq, sistemin yoluxma ehtimalı çox böyükdür.
Tədqiqatdan həmçinin məlum olub ki, əksər proqramlar özlərini antivirus kimi qələmə versələr də, kompyuterin təhlükəsizliyinə təminat vermir.
banner

Oxşar Xəbərlər