• şənbə, 20 Aprel, 09:21
  • Baku Bakı 14°C

Antibiotiklərin satışına nəzarət artırılsın - TƏKLİF

18.09.19 15:30 562
Antibiotiklərin satışına nəzarət artırılsın - TƏKLİF
Azərbaycanda antibiotiklərlərin satışına nəzarətin artırılması təklif edilir.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə üzvü Qənirə Paşayeva çıxış edib.
Onun sözlərinə görə, antibiotiklərlərin nəzarətsiz satışı məsələsi ciddi şəkildə nəzarətə alınmalıdır: "Onun doğurduğu problemlər artır. Azərbaycanda antibiotiklər tamam nəzarətsiz şəkildə satılır, bu məsələnin də diqqətdə saxlanılması lazımdır”.
Q.Paşayeva qeyd edib ki, insan orqanlarının donor və transplantasiyası ilə bağlı qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması çox vacibdir: "Gələn ildən icbari tibbi sığorta sistemi fəaliyyətə başlayacağı üçün bu istiqamətdə qanunvericlik bazasının yaradılması çox vacibdir. Hər gün yüzlərlə xəstə bu qanunun qəbulunu gözləyir”.
Deputat əlavə edib ki, bu gün ölkədə tibbi maarifləndirmə işində klinikaların və həkimlərin reklamları daha çoxdur: "Əhalinin müxtəlif xəstəliklərlə bağlı düzgün şəkildə maarifləndirməsi zərurətə çevrilib”.
Komitənin iclasında deputat İlham Məmmədov da təkliflə çıxış edib.
Deputatın sözlərinə görə, dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi bu günün tələbidir: "Bu qeydiyyat prosedurlarları ilə bəzi dərmanları gətirmək mümkün deyil. Ona görə də qeydiyyat məsələsinə yenidən baxılmalıdır”.
banner

Oxşar Xəbərlər