• cümə, 26 Aprel, 20:36
  • Baku Bakı 22°C

Anti-Rusiya sanksiyalarına qarşı mübarizəyə çağırış

11.02.19 10:45 420
Anti-Rusiya sanksiyalarına qarşı mübarizəyə çağırış
İtaliya hökuməti anti-Rusiya sanksiyalarının yenidən baxılmasına nail olmaq niyyətindədir.
Trend-in "ANSA" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İtaliya baş nazirinin müavini Luici Di Mayo deyib.
L. Di Mayo vurğulayıb ki, Moskvaya qarşı tətbiq edilən sanksiya rejimi İtalya biznesinə əhəmiyyətli zərər verir.
Onun sözlərinə görə, əgər şirkətlər anti-Rusiya sanksiyalarına görə böyük itkilərlə üzləşirsə, sanksiya siyasətini təkrar gözdən keçirmək lazımdır: "Biz anti-Rusiya sanksiyalarına qarşı mübarizə aparırıq və mübarizə aparacağıq. Biz rusları və ya amerikalıları sevdiyimizə görə etmirik bunu. Biz İtaliyanın maraqlarını müdafiə edirik".
banner

Oxşar Xəbərlər