• çərşənbə, 24 Aprel, 20:54
  • Baku Bakı 23°C

ANS-in yayımı dayandırılıb

18.07.16 19:49 901
ANS-in yayımı dayandırılıb
ANS Televizyasının və radiosunun yayımı dayandırılıb.Bu barədəAPA-ya ANS-dən məlumat daxil olub.

Özəl mənbədən əldə etdiymiz məlumata görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaqdır.

Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyiqəbul edib.

Qeyd edək ki,bu gün ANS TV ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons yayıb.

Xatırladaq ki, Azərbaycan prezidenti Türkiyədə baş vermiş hadisələri qətiyyətlə pisləyib, bununla bağlı Türkiyə dövlətinə və prezidentinə dəstəyini ifadə edib.
banner

Oxşar Xəbərlər