• çərşənbə axşamı, 19 mart, 15:41
  • Baku Bakı 8°C

Anqolaya mükafat, Mozambikə kitabxana

04.07.17 12:10 3860
Anqolaya mükafat, Mozambikə kitabxana
Beynəlxalq Dublin Ədəbiyyat mükafatının builki qalibi anqolalı yazıçı Xose Eduardo Aqualusa oldu. "Guardian” xəbər verir ki, "Unutqanlıq tarixi” ("A general history of oblivion”) adlı roman mükafatın "alternativsiz” qalibi elan edilib və müəllif 100000 avronun (190 min manat – red.) sahibi olub. Aqualusa ötən il adı çəkilən əsərlə "Man Booker” mükafatının qısa siyahısında yer alıb. Müəllif mükafatın təqdimetmə mərasimində duyğularını bölüşüb: "Etiraf edim ki, ötən ilki sonu gözləyirdim. Qısa siyahısa Mozambikdən olan həmkarım, dostum Mia Kauto da yer almışdı. Niyəsə onun qalib olacağını düşünürdüm. Məndə qısa siyahılarda qalma ənənəsi var. Əlbəttə ki, təəccüblənsəm də, qalibiyyət əvəzsiz duyğudur. Xüsusilə də, dediyiniz söz qalib olursa”.
Aldığı pulla bağlı planlarından bəhs edən Aqualusa deyib ki, artıq uzun müddətdir yaşadığı üçün evi, doğma vətəni kimi hiss etdiyi Mozambikdə kitabxana inşa etdirməyi planlaşdırır: "Hamıya elə gəlir ki, bircə pula ehtiyacımız var. Amma insanın ibtidai ehtiyacı elmdir, sözdür, ədəbiyyatdır. İnsanların əli kitaba çatmır. Artıq bina üçün yer də tapmışıq. Öz şəxsi kitabxanamın hamısını ora köçürmüşəm. Yavaş-yavaş kitabxana işləyir. Biz də bu pulla onun təmiri, genişlənməsi, kitab sayının artırılmasını sürətləndirəcəyik. Bu mənim çoxdankı xəyalımdır”.Portuqal dilində danışan ölkələrin sevimli yazarlarından olan Xose Eduardonun qalib əsərini ingilis dilinə Daniel Han tərcümə edib. Dublin mükafatının şərtlərinə uyğun olaraq, müəllif və tərcüməçi 100000 avronu bölüşəcək.
banner

Oxşar Xəbərlər