Anqela Merkel dördüncü dəfə Almaniyanın kansleri seçilib
Anqela Merkel dördüncü dəfə ardıcıl olaraq Bundestaqda Almaniyanın kansleri seçilib.
APA-nın "Reuters”-ə istinadən verdiyi xəbərə görə,səsvermə zamanı 364 deputat onun lehinə, 315 deputat əleyhinə səs verib, 9 deputat isə bitərəf qalıb.
Almaniya prezidentiFrank-Valter Ştaynmayerin də iştirakı ilə Merkelin kansler seçilməsinə həsr olunmuş rəsmi tədbir keçiriləcək.
Qeyd edək ki, A.Merkel ilk dəfə 2005-ci ildə kansler seçilib.