• cümə, 19 Aprel, 07:22
  • Baku Bakı 13°C

Anomal istilər gəlir - Xəbərdarlıq

20.07.16 13:19 931
Anomal istilər gəlir - Xəbərdarlıq
İyulun 21-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu 38 dərəcəyə çatacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya bildirilib ki,şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Abşeronda havanın temperaturu gecə 23-27, gündüz 34-38, bəzi yerlərdə 40 dərəcəyədək isti olacaq. Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 civə sütunundan 754 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24°, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
İyulun 21-də Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda gündüz zəif cənub-şərq küləklərinin üstünlüyü əksər əhali üçün əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.
banner

Oxşar Xəbərlər