• cümə, 19 Aprel, 12:23
  • Baku Bakı 25°C

Anna Netrebko və Yusif Eyvazov Seulda konsert proqramı ilə çıxış edəcəklər

02.09.17 18:20 1911
Anna Netrebko və Yusif Eyvazov Seulda konsert proqramı ilə çıxış edəcəklər
Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) və Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) Asiya-Avstraliya turu çərçivəsində oktyabrın 9-da Seul İncəsənət Mərkəzində (Koreya Respublikası) konsert proqramı ilə çıxış edəcəklər. Konsertdə Koreya Simfonik Orkestrinə Mixail Tatamikov dirijorluq edəcək.
AZƏRTACxəbər verir ki, bu barədə məlumat Seul İncəsənət Mərkəzinin saytında yer alıb.
Dünya operasının ulduzu Anna Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı "Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
banner

Oxşar Xəbərlər