• cümə, 29 Mart, 17:43
  • Baku Bakı 14°C

Anna Netrebko və Yusif Eyvazov Los-Ancelesdə konsert proqramı ilə çıxış edəcəklər

15.02.17 11:40 1085
Anna Netrebko və Yusif Eyvazov Los-Ancelesdə konsert proqramı ilə çıxış edəcəklər
Dünya operasının ulduzu Anna Netrebko (soprano) və tanınmış musiqiçi Yusif Eyvazov (tenor) mayın 4-də Los-Anceles Opera Teatrında konsert proqramı ilə çıxış edəcəklər.
AZƏRTACxəbər verir ki, bu barədə məlumat ifaçıların və Los-Anceles Opera Teatrının saytlarında yer alıb.
Rusiyanın Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı Anna Netrebko operalarda yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir.
Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş etdirilib.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı "Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
banner

Oxşar Xəbərlər