• çərşənbə axşamı, 23 aprel, 16:30
  • Baku Bakı 24°C

Anna Maria Rozek: Azərbaycanda seçki mühiti kifayət qədər demokratikliyi ilə seçilir

20.03.18 17:00 497
Anna Maria Rozek: Azərbaycanda seçki mühiti kifayət qədər demokratikliyi ilə seçilir
Azərbaycanda seçki mühiti kifayət qədər demokratikliyi ilə seçilir. Bu, beynəlxalq qanunları qəbul edən, onlara riayət edən bir ölkə üçün təbii haldır. Ümumiyyətlə, Azərbaycan yüksək həyat standartları olan sabit ölkədir.
AZƏRTACxəbər verir ki, bu fikirləri "sechki-2018.az” saytına açıqlamasında Varşava Şəhər Şurasının ən gənc üzvü, beynəlxalq hüquq üzrə ekspert Anna Maria Rozek bildirib.
Ekspert qeyd edib ki, prezident seçkiləri hər bir ölkə üçün tarixi hadisədir. "Məhz bu seçkilər müəyyən edir ki, ölkə siyasi və iqtisadi baxımdan necə inkişaf edəcək, beynəlxalq əlaqələrini necə quracaq. Şübhəsiz ki, Azərbaycandakı prezident seçkiləri də ölkənin gələcəyini müəyyən edəcək, gələcək inkişafa istiqamət verəcək”, - deyə Anna Maria Rozek vurğulayıb.

banner

Oxşar Xəbərlər