• çərşənbə, 24 Aprel, 04:41
  • Baku Bakı 14°C

Ankarada Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcək

17.11.14 14:51 1064
Ankarada Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcək
Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin, Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyi, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə 19 noyabr 2014-cü il tarixində “Yüz illiyin dəhşəti: Xocalı soyqırımına beynəlxalq hüquqi baxış”adlı tədbir keçiriləcək. Tədbirdə əsrin böyük faciəsi sayılan Xocalı hadisəsinin baş vermə səbəbləri beynəlxalq hüquqi nöqteyi-nəzərindən müzakirə olunacaq. Konfransda Türkiyə Böyük Millət Məclisinin Konstitusiya Komissiyasının rəhbəri, prof.dr Burhan Kuzu, Türkiyə Parlamentlər Birliyinin sədri Nevzat Pakdil, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri, deputat İsmail Safi, Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri, dr. Hikmet Eren Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli daxil olmaqla, xaricdən gələn deputat, siyasi ekspertlər, jurnalistlər iştirak edəcəklər. Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri, deputat, İsmail Safi Xocalıda yaşanan hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması üçün böyük əhəmiyyət kəsb etdiyini xatırladıb. Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyi sədri Ceyhun Ələkbərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dünyanın gözü qarşısında minlərlə insanın qətlə yetirilməsi, bir daha Ermənistanın iç üzünü açıb ortaya qoymaqla yanaşı, ermənilərin vəhşiliklərini gerçək fakt kimi göstərdiyini söyləyib.
Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmet Eren Xocalıda yaşanan hadisələrin insanlıq cinayəti olduğunu qeyd edərək, məsələnin hüquqi çərçivədə müzakirə olunmasına böyük ehtiyac olduğunu deyib. Onu da qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğalı nəticəsində bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulub.
Tədbir saat 18.00 da Ankarada Rixos Grand Ankara otelində gerçəkləşdiriləcək.
banner

Oxşar Xəbərlər