• şənbə, 20 Aprel, 01:16
  • Baku Bakı 15°C

Ankarada Türkiyə və Rusiya prezidentləri arasında görüş olub

29.09.17 09:10 1036
Ankarada Türkiyə və Rusiya prezidentləri arasında görüş olub
Sentyabrın 28-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.
AZƏRTACAnadolu Agentliyinə istinadla xəbər verir ki, əvvəlcə prezidentlərin təkbətək görüşü olub. Daha sonra isə görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.
Görüşdən sonra prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin bildiriblər ki, görüşdə "Türk axını” və Akkuyu Atom Elektrik Stansiyasının tikintisi, habelə iki ölkə arasında iqtisadiyyat, ticarət və kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. İraq və Suriyanın ərazi bütövlüyü məsələsində həmrəylik nümayiş etdirən tərəflər İraq Kürdüstanında müstəqillik barədə keçirilmiş referendumun qanuni olmadığını bildiriblər və bunu böyük səhv adlandırıblar.
banner

Oxşar Xəbərlər