• cümə, 19 Aprel, 17:57
  • Baku Bakı 25°C

Ankarada Türkiyə-Azərbaycan əlaqələrindən danışıldı

25.05.17 16:40 1460
Ankarada Türkiyə-Azərbaycan əlaqələrindən danışıldı
Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) və Pursaqlar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə ''Türkiyə-Azərbaycan əlaqələri: qardaşlıq və strateji tərəfdaşlıq'' adlı beynəlxalq simpozium keçirilib. Tədbirdə 400-dən çox qonaq iştirak edib.
Tədbirdə ilk öncə Azərbaycanın tanıdılması ilə bağlı video çarx göstərilib. Bundan sonra tədbirdə ilk çıxışı Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) başqanı Hikmet Eren edib. Dərnək sədri iki qardaş ölkə arasında olan əlaqələrdən danışıb və bundan sonra da tədbirlərin davam edəcəyini deyib.
Pursaqlar Bələdiyyəsinin başqanı Selçuk Çetin Türkiyə-Azərbaycan əlaqələrini bir ananın iki oğlu kimi dəyərləndirib. O, iki qardaş ölkənin beynəlxalq arenada uğurlu mövqe sərgilədiyini söyləyib.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin tamam olduğunu iştirakçıların diqqətinə çatdırıb: "Ümummilli lider Heydər Əliyev tərəfindən 1992-ci ildə Naxçıvanda "Ümud” körpüsünün açılması iki qardaş ölkə arasında birlik və qardaşlıq simvoluna çevrildi”. Millət vəkili, professor Elman Nəsirov isə tədbirin Azərbaycan-Türkiyə üçün mühum əhəmiyyət kəsb etdiyini deyib: "İki ölkənin liderləri arasında səmimi dostluq və qardaşlıq münasibətləri var. Çox şadam ki, tədbirdə iki ölkə üçün vacib olan mövzular müzakirə olunacaq”.
Millət vəkili Qənirə Paşayeva artıq Türk dünyası məsələsində mən, siz yox, biz mövqeyindən yanaşmağın vacibliyini bildirib: "Ümumilli lider Heydər Əliyevin bir millət, iki dövlət sözləri münasibətlərimizin ana xəttini təşkil edir”. Manisa millət vəkili Dr. Selçuk Özdağ Azərbaycan və Türkiyə əlaqələrinin inkişafının Qafqaz bölgəsi üçün strateji önəm daşıdığını bəyan edib. Türkiyə müdafiə nazirinin müavini Şuay Alpay Azərbaycanın Türk dünyasının üçün hansı önəm kəsb etdiyini əslən Gəncədən olan babası Məmməd Qasımdan eşitdiyini diqqətə çatdırıb: "Babam danışardı ki, Azərbaycan 1920-ci ildə sovetlər tərəfindən işğal edilməsinə baxmayaraq,1932-ci ilə qədər mücadilə aparıb”.
Antayla AKEV Universitetinin rektoru, EkoAvrasiyanın Akademik Qurumunun başqanı, Hayati Aktaş, Ahmet Yasəvi Beynəlxalq Türk-Qazax Universitetinin iclas başqanı, Musa Yıldız, Türkiyə parlamentinin üzvləri İbrahim Aydemir, Mehmet Altay, Talip Küçükcan, sabiq millət vəkili EkoAvrasiyanın məsləhət qurumunun başqanı Feramuz Üstün, İraq parlamentinin sabiq deputatı Fevzi Terzioğlu, siyasi analitiklər Cavid Vəliyev, Araz Aslanlı, Toğrul İsmayıl, Can Ünüvar, Elnur Əliyev, Volkan Özdemir, Yalçın Sarıkaya, Salih Yılmaz və başqa analitiklər Türkiyə-Azərbaycan münasibətlər mövzusunda məruzələr ediblər.
Tədbirlər çərçivində bu gün Pursaq Bələdiyyəsində Qarabağ parkının açılışı olacaq. Eyni zamanda mərhum Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.
banner

Oxşar Xəbərlər