• cümə, 29 Mart, 18:52
  • Baku Bakı 14°C

Ankarada “Qarabağda üç nəslin bir soyqırımı” adlı sərgi açılıb

18.09.14 16:37 1014
Ankarada “Qarabağda üç nəslin bir soyqırımı” adlı sərgi açılıb
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türk Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) təşkilatçılığı ilə Ankarada “Qarabağda üç nəslin bir soyqırımı” adlı sərginin açılışı olub.
Sərginin rəsmi açılışında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək, TÜRKSAM-ın rəhbəri, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Sinan Oğan və digər rəsmi şəxslər, səfirliyin təmsilçiləri, şəhər ictimaiyyətinin tanınmış simaları, elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər. Səfirliyin mətbuat xidmətindən “Kaspi” qəzetinə verilən məlumatda bildirilir ki, sərgidə Dağlıq Qarabağ və ona bitişik ərazilərin təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmazdan əvvəl və işğaldan sonra bölgədəki vəziyyəti əks etdirən foto stendlər qurulub, digər əyani vəsaitlər sərgilənib, işçtirakçılara Azərbaycan həqiqətlərinə dair kitab və jurnallar paylanıb. Sərgidə Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olan, işğalçı tərəfin işgəncələrini və digər məşəqqətlər yaşayan soydaşlarımızın şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş etdirilib. Rəsmi açılışda iştirak edən Türkiyə parlamentinin sədri Cəmil Çiçək sərginin “xatirə kitabı”nda Azərbaycan xalqına həmrəyliyini nümayiş etdirən ürək sözlərini yazıb.
Sentyabrın 20-dək davam edəcək sərgi çərçivəsində mövzu ilə bağlı elmi konfrans keçiriləcək.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər