• cümə, 29 Mart, 03:16
  • Baku Bakı 7°C

Ankarada Qarabağ abidələri mövzusunda simpozium keçirilib

18.12.17 12:55 1956
Ankarada Qarabağ abidələri mövzusunda simpozium keçirilib
Ankarada "Türk dünyası coğrafiyasında yox edilən tarix və mədəniyyət xəzinələri: Qarabağ abidələri” mövzusunda simpozium keçirilib.
APA-nın məlumatına görə, Türkiyə Abidələr Dərnəyinin təşkil etdiyi və "Tanıtma fondu”nun dəstəklədiyi simpoziumda Türkiyə, Azərbaycan və Almaniyadan alimlər, QHT rəhbərləri iştirak ediblər.
Çıxışçılar erməni işğalı altındakı Azərbaycan torpaqlarında talan edilən qədim abidələr barədə danışıblar.
Türkiyə Abidələr Dərnəyinin başqanı Səlçuk Önal layihənin məqsədinin Türk dünyasında milli abidələrimizə qarşı həyata keçirilən məhv etmə siyasətinin gündəmə gətirmək olduğunu bildirib: "Növbəti tədbir başqa Türk bölgəsindəki tarixi abidələrin taleyinə həsr ediləcək”.
Simpoziumun materiallarının kitab şəklində çapı nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər