• çərşənbə axşamı, 16 aprel, 22:09
  • Baku Bakı 18°C

Ankarada polis-tələbə toqquşması: 14 nəfər saxlanıldı

07.09.13 08:49 1137
Ankarada polis-tələbə toqquşması: 14 nəfər saxlanıldı
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, tələbələr Texniki Universitetin tələbə şəhərciyindən salınacağı planlaşdırılan yolun inşasına etiraz edib. Gözyaşardıcı qaz və rezin güllələrin istifadə olunduğu aksiya zamanı polis 14 nəfəri saxlayıb.
Qeyd edək ki, Ankara Texniki Universitetinin tələbə şəhərciyinin yerləşdiyi ərazi Türkiyə paytaxtında ən böyük park sayılır.
Bu arada İstanbulda polis Gezi parkını mühasirəyə alıb. Buna səbəb yerli fəalların Ankaradakı tələbələrlə həmrəylik nümayiş etdirmək məqsədilə etiraz aksiyası keçirmək istəyi olub.
banner

Oxşar Xəbərlər