AZE | RUS | ENG |

Ankarada Milli Qurtuluş Gününə həsr edilən mədəniyyət və sənət gecəsi keçirilib

Ankarada Milli Qurtuluş Gününə həsr edilən mədəniyyət və sənət gecəsi keçirilib
Ankarada 15 iyun - Milli Qurtuluş Günü və Azərbaycan-Türkiyə qardaşlığına həsr edilən mədəniyyət və sənət gecəsi keçirilib.
 
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlanan tədbirdə ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Milli Qurtuluş Gününün müstəqil Azərbaycanın tarixindəki yeri və rolu haqqında geniş məlumat verilib.
 
Çıxışlarda ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycanın tarixində yeni bir mərhələ olduğu vurğulanıb, dahi şəxsiyyətin xilaskarlıq missiyasından bəhs edilib. Ulu öndər Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri haqqında danışan natiqlər dünya şöhrətli siyasi xadimin Azərbaycan-Türkiyə münasibətləri və türk dünyasında birliyin möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndiriblər.
 
Daha sonra "ANKA” Azərbaycan Rəqs və Sənət Klubunun təşkil etdiyi mədəniyyət və sənət şöləninə qatılan folklor qruplarının çıxışı olub. Azərbaycan, Türkiyə, Şimali Makedoniya, İraq türkmənləri və Kipr türklərini təmsil edən qruplar bir-birindən maraqlı musiqi nömrələri təqdim etdilər.
 
Azərbaycanın dünyada mədəniyyət vasitəsi ilə təbliğ edilməsi məqsədilə yaradılan "ANKA” klubunun çıxışı böyük maraqla qarşılanıb. İfaçılara təşkilatçı tərəfin diplomları təqdim olunub.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019