Ankarada ABŞ səfirliyinə atəş açılması faktı ilə bağlı bir nəfər saxlanılıb
Avqustun 20-də Ankara vaxtı ilə saat 05.30-da ABŞ-ın Türkiyədəki səfirliyinə odlu silahdan atəş açılması faktı ilə bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
AZƏRTACAnadolu agentliyinə istinadla xəbər verir ki, Ankara şəhərində saxlanılan şübhəli şəxs hazırda polis idarəsində dindirilir.